Bank Of Baku

Gəncədə QİÇS-ə yoluxanların sayı artıb

Gəncədə QİÇS-ə yoluxanların sayı artıb
# 18 iyul 2007 10:43 (UTC +04:00)
Bu ilin 6 ayında Gəncə şəhərində QİÇS-ə yoluxanların sayı daha 9 nəfər artıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Epidemiologiya Mərkəzinin şöbə müdiri, şəhərin baş epidemioloqu Almaz Tomiyeva məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərdə HİV/AİDS virusu ilə yaşayanların sayı 32 nəfər təşkil edir. 2007-ci ilin yanvar-iyun aylarında yoxlamadan keçən 5343 vətəndaşdan 9-da bu virus aşkar edilib ki, onlardan da 6-sı məhkum, biri azyaşlı uşaq, biri vərəmə yoluxmuş xəstə, bir nəfər isə qadındır: “Məhkumların narkotik maddə qəbul edərkən eyni şprisdən istifadə etməklə QİÇS-ə yoluxduğu ehtimal edilir, azyaşlı uşaq isə ana bətnində bu xəstəliyi qazana bilər”. A.Tomiyeva əlavə edib ki, bu ilin 6 ayı ərzində Gəncə şəhərində QİÇS-ə yoluxan 3 xəstə dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR