Bank Of Baku

“Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək?” mövzusunda debat keçirilib

“Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək?” mövzusunda debat keçirilib
# 19 iyul 2007 10:16 (UTC +04:00)
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (AQSMM) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə “Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək?” mövzusunda debat keçirib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mehriban Vəzir tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanın böyük neft gəlirləri ərəfəsində olduğunu deyib və bunu yaradıcı ziyalıların diqqətinə çatdırılmasının vacib olduğunu vurğulayıb. Tədbirdə neft gəlirlərinə dair ekspertlərin məlumatı dinlənilib. Məruzədə bu günə qədər əldə olunan neft gəlirləri, yaxın gələcəkdə gözlənilən gəlirlər, ölkəmizin qoşulduğu beynəlxalq şəffaflıq təşəbbüsləri, gəlirlərin istifadəsi istiqamətləri, dövlətin bu istifadəyə dair uzun müddətli strategiyası, gəlirlərin ölkəmizdə güclənməsində, insanlarımızın rifahını yüksəldilməsində rolu göstərilib. Hesablamalarına görə, xam neftin bugünkü qiyməti dəyişməyəcəyi halda, Azərbaycan yalnız Azəri-Çıraq-Günəşli yatağından böyük miqdarda vəsait əldə edəcək. 2009-cu ildə Azərbaycanın neft gəlirlərinin təxminən 35 milyard, 2010-cu ildə isə 55 milyard ABŞ dollarını keçəcəyi bildirilib. M. Vəzir bildirib ki, bu dərəcədə böyük gəlirlər iqtisadi inkişafa gözəl imkanlar yarada bilər: “Amma digər neft ölkələrində olduğu kimi, bir sıra fəsadlar da törədə bilər. Buna görə gözlənilən zərərlərdən mümkün qədər yan keçmək və neft gəlirlərinin səmərəli istifadəsindən bütün zümrələrin, xüsusilə intellektual çevrələrin təklif və təşəbbüslərini ictimailəşdirmək vətəndaş cəmiyyətinin vəzifə borcudur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR