Bank Of Baku

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı daha bir neçə yaşayış binasının təmiri planlaşdırılır

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı daha bir neçə yaşayış binasının təmiri planlaşdırılır
# 19 iyul 2007 12:12 (UTC +04:00)
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı daha bir neçə yaşayış binasının təmiri planlaşdırılır. APA-nın qərb bürosunun məlumatına görə, bu dəfəki təmir işləri Danimarka humanitar təşkilatlarından birinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Bunun üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeri nümayəndəliyindən qaçqınların məskunlaşdığı təmirə ehtiyacı olan yaşayış evlərinin siyahısı istənilib. Bu proses Gəncə ilə yanaşı, respublikanın başqa rayonlarında da həyata keçiriləcək. Təmir işlərinə nə vaxt başlanacağı isə bu ilin sonunadək müəyyən ediləcək. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Süleyman Abbasov məlumat verib. Onun dediyinə görə, yeni layihə üçün Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı 25 bina siyahıya alınıb və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilib. Siyahıda göstərilən binalardan 5-nin təmir üçün seçiləcəyi gözlənilir. Qeyd edək ki, dövlət xətti ilə son iki ildə Gəncənin 28 yataqxanasında təmir işləri nəzərdə tutulub və artıq 15 yataqxanada təmir işləri tam başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR