Bank Of Baku

Bu il Gəncədə su istehlakına görə ödəmə 31,4 faiz təşkil edib

Bu il Gəncədə su istehlakına görə ödəmə 31,4 faiz təşkil edib
# 19 iyul 2007 12:41 (UTC +04:00)
Gəncədə bu ilin 6 ayı ərzində su istehlakına görə əhali qrupu abonentlərdən 349.200 manat yığılıb. Bu isə istehlak olunan suyun dəyərinin 24 faizini təşkil edir. Bu barədə Gəncə şəhər “Su-kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin abonent şöbəsinin direktoru Zahid Aslanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, digər təşkilatlar da daxil olmaqla ümumən idarənin bu il satdığı suyun məbləği 1.646.600 manat olub. Bu ilin altı ayı ərzində əhali və idarələrdən 517.300 manat pul yığılıb ki, bu da istehlak olunan suyun cəmi 31,4 faizini təşkil edir. Qeyd edək ki, bu ilin sonuna kimi Almaniya və İsveçrə hökumətlərinin birgə həyata keçirdikləri layihəyə əsasən, Gəncədə hər bir mənzilə su sayğacları quraşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR