Bank Of Baku

Bu ilin birinci yarısında cənub bölgəsində 4 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib

Bu ilin birinci yarısında cənub bölgəsində 4 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib
# 20 iyul 2007 09:06 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəbiəli İbişov məlumat verib. Onun sözlərinə görə, cari ilin birinci yarısında laboratoriyada müayinədən keçən şəxslər arasında 40 nəfər QİÇS xəstəsi aşkarlanıb ki, onlardan da 22 nəfəri Lənkəran, 14 nəfəri Astara, 4 nəfəri isə Masallı rayonlarının sakinləridir. Ümumilikdə isə Cəlilabad və Biləsuvar rayonları istisna olmaqla, bölgə üzrə 128 QİÇS xəstəsi qeydiyyata alınıb ki, bunların da 105 nəfəri Lənkəran, 19 nəfəri Astara, 30 nəfəri Masallı, 4 nəfəri isə müvafiq olaraq Lerik və Yardımlı rayonlarının payına düşür. R. İbişov bildirib ki, bu ilin birinci yarısında cənub bölgəsində 4 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib: “Ötən 8 il ərzində cənub bölgəsinin 14 sakini bu dəhşətli mərəzin qurbanı olub. Bu gün HİV xəstələrinin əksəriyyətini xarici ölkələrə, xüsusən də Rusiyaya qazanc dalınca gedən miqrantlar təşkil edir. Fikrimcə, üç aydan çox vətəndən uzaqlarda yaşayan şəxslər könüllü müayinəyə cəlb olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR