Bank Of Baku

Qarabağ Müharibəsi Veteran və Əlilləri İctimai Birliyi onlara məxsus torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satıldığını iddia edir

Qarabağ Müharibəsi Veteran və Əlilləri İctimai Birliyi onlara məxsus torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satıldığını iddia edir
# 20 iyul 2007 11:58 (UTC +04:00)
Qarabağ Müharibəsi Veteran və Əlilləri İctimai Birliyinin Abşeron rayon şöbəsinin rəhbərliyi rayon ərazisində onlar üçün ayrılmış torpaq sahəsinin əllərindən alınması ilə bağlı bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, birliyin sədri Tərlan Mahmudov 1995-ci ildə birliyin rayon şöbəsinə Xırdalanda, Bakı-Quba yolunun yaxınlığında 1 hektar torpaq sahəsi ayrıldığını deyib. O, həmin yerin bataqlıq olduğunu və son iki ilə qədər istifadəsiz olduğunu qeyd edib. 2 il əvvəl isə birlik üzvləri bataqlığı dolduraraq bu ərazidə birliyin imkansız üzvləri üçün ev tikilməsini planlaşdırıblar. T. Mahmudov ərazinin yararlı hala gətirilməsi üçün birlik üzvlərinin ümumilikdə 70 min ABŞ dolları xərc çəkdiyini qeyd edib: “Amma rayon icra hakimiyyətinin başçısı dəyişdikdən sonra yeni icra başçısı sərəncam verərək həmin ərazini başqa adama satıb. Bununla bağlı dəfələrlə məhkəməyə müraciət etdik, amma bizim iddiamızı təmin etmədilər. Məhkəmələr sifarişli qətnamələr qəbul etdilər”. T. Mahmudov icra hakimiyyəti başçısının veteran və əlillərin üstünə polis əməkdaşları göndərdiyini, polislərin onları təhqir etdiyini və hədələdiyini bildirib. Birlik sədri məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət etdiklərini qeyd edib. Abşeron rayon icra hakimiyyətinin başçısının köməkçisi Fuad Xəlilov APA-ya açıqlamasında veteranların İH-nə qarşı ittihamlarının əsassız olduğunu bildirib: “İcra hakimiyyəti torpaq alqı-satqısı ilə məşğul olmur və onların dedikləri ərazi də bələdiyyənin sərəncamındadır”. Xırdalan bələdiyyəsinin üzvü Cavanşir Əhmədov da veteranların iddialarını əsassız sayıb: “Həmin yerlə bağlı birliyin heç bir sənədi yoxdur. Onlar həmin yeri zəbt etmişdilər. Bələdiyyə də qanuni olaraq rəsmi sənədlə həmin yeri başqa vətəndaşa verib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR