Bank Of Baku

ABŞ-ın “Sülh Korpusu”nun könüllüləri Sumqayıtın müxtəlif idarə və təşkilatlarında təlim keçəcəklər

ABŞ-ın “Sülh Korpusu”nun könüllüləri Sumqayıtın müxtəlif idarə və təşkilatlarında təlim keçəcəklər
# 23 iyul 2007 10:06 (UTC +04:00)
ABŞ-ın “Sülh Korpusu” (“Peace Corps”) təşkilatının könüllüləri bu il Sumqayıtın bir neçə dövlət, qeyri-dövlət və kommersiya strukturlarında yerli təcrübənin öyrənilməsi məqsədilə təlim keçəcəklər. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. “Sülh Korpusu”nun könüllülərindən ibarət 55 nəfərlik yeni qrup iyun ayının 27-dən Azərbaycandadır. Onlar Sumqayıtda və Abşeron rayonunda yerləşən qəsəbələrdə, yaşayış massivlərində yaşayan ailələrdə yerləşdirilib. Qrup təhsil, iqtisadi inkişaf və gənclər məsələləri üzrə ixtisaslaşıb. Təlim proqramına əsasən təşkilat üzvləri bu həftədən etibarən 3 həftə ərzində Sumqayıtın müxtəlif idarə və təşkilatlarında şəhər İcra Hakimiyyətində, şəhər bələdiyyəsində, Gənclər və İdman Baş İdarəsində, “Bismak” MMC-də və bir neçə qeyri-hökumət təşkilatında təcrübə keçəcəklər. Sentyabrın 12-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin iştirakı ilə könüllülərin andiçmə mərasimi keçiriləcək və onlar 2 il müddətinə Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR