Bank Of Baku

Vəlvələ çayın üzərindəki körpü yenidən çökmək təhlükəsi ilə üzləşib

Vəlvələ çayın üzərindəki körpü yenidən çökmək təhlükəsi ilə üzləşib
# 23 iyul 2007 11:59 (UTC +04:00)
Xaçmazın girəcəyində yerləşən Vəlvələ çayın üzərindəki körpü yenidən çökmək təhlükəsi ilə üzləşib. APA-nın şimal bürosunun məlumatına görə, sel suları Gəndob-Yalama yolunun 14-cü kilometrliyində yerləşən körpünün iki dayağından birinin torpağın altında olan 6 metr hissəsindən 4 metrini yuyub. Əgər belə davam edərsə, körpü çökə bilər. 5 saylı yol istismar idarəsindən APA-ya bildiriblər ki, hadisədən dərhal sonra Nəqliyyat Nazirliyi Xaçmaza ağır texnika göndərib. Yaxın vaxtlarda yuyulmuş dirəyin təmirinə başlanılacağı gözlənilir. Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə digər dirəyin nasaz vəziyyətə düşməsi nəticəsində körpü təxminən 40 santimetr çökmüşdü. Həmin vaxt Nəqliyyat Nazirliyi 25 gün müddətinə körpünü bağlayaraq təmir-bərpa işləri aparmışdı. Nəqliyyat vasitələri Xaçmaza köməkçi yollarla daxil olurdular. Mütəxəssislər isə körpünün çökməsini Vəlvələ çayının yataqlarında bir neçə daş karxanasının olması ilə əlaqələndirirlər. Onların qənaətincə, məhz daş karxanalarının fəaliyyəti nəticəsində Vəlvələ çayında suyun səviyyəsi aşağı enir və körpünün dirəklərinin ətrafı yuyulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR