Bank Of Baku

Lənkəranda 999 narkoman var

Lənkəranda 999 narkoman var
# 24 iyul 2007 09:51 (UTC +04:00)
2007-ci ilin 6 ayı ərzində Lənkəran Şəhər Narkoloji Dispanserində 34 nəfər xəstə qeydiyyata götürülüb. Bu barədə APA-nın cənub bürosuna dispanserin baş həkimi Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda dispanserdə 7 xəstə stasionar, 12 xəstə isə ambulator müalicəyə cəlb olunub: “Onlar üçün lazımi şərait yaradılıb. pulsuz dərman və yeməklə təmin olunublar”. V. Əliyev bildirib ki, ümumilikdə Lənkərandan 999 xəstə narkoloji dispanserdə qeydiyyata dayanıb, daha 379 nəfər isə profilaktik qeydiyyata cəlb olunub. Baş həkimin fikrincə, cəmiyyətdə narkomanlara münasibət heç də birmənalı deyil: ”Bu tip xəstələrə cinayətkar kimi baxmaq, cəmiyyətdən təcrid etmək olmaz. Onlar da ölkəmizin vətəndaşları, bizim bacı-qardaşlarımızdır. Narkomanlara qarşı tolerantlıq artmalı, onlarla maarifləndirmə işi gücləndirilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR