Bank Of Baku

Lənkəran TV və STV-nin yayımlandığı tezliklə bağlı elan olunmuş müsabiqəyə yeni müraciətlər daxil olmayıb

Lənkəran TV və STV-nin yayımlandığı tezliklə bağlı elan olunmuş müsabiqəyə yeni müraciətlər daxil olmayıb
# 24 iyul 2007 10:21 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iyunun 6-da Lənkəran TV-nin tezliyi və iyulun 17-də Türkiyənin “Samanyolu” (STV) televiziya kanalının ölkəmizdə yayımlandığı tezliklə bağlı elan etdiyi müsabiqə üzrə yeni müraciətlər daxil olmayıb. Bu barədə APA-ya MTRŞ-dan məlumat verilib. Qeyd edək ki, MTRŞ-nin qərarı ilə lisenziya müddəti uzadılmayan Lənkəran TV-nin tezliyi üzrə iddiaçıların sayı 3-dən az olduğundan müsabiqənin müddəti avqustun 20-dək uzadılıb. STV-nin tezliyi üzrə müsabiqə isə avqustun 17-dək davam edəcək. Müsabiqənin nəticələri 1 ay ərzində yekunlaşaraq açıqlanacaq. Nəticələr yekunlaşandan sonra sentyabrın 17-də STV-nin Azərbaycanda yayımı dayandırılacaq. Türkiyənin daha bir kanalı TRT-nin yayımı isə Azərbaycan və Türkiyə arasında imzalanmış müqavilənin müddəti başa çatanadək davam edəcək. MTRŞ-dan bildirilib ki, müqavilənin müddətinin başa çatmasına çox qaldığından hazırda bu məsələ müzakirə mövzusu deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR