Bank Of Baku

Yeni metro stansiyasının tikildiyi ərazidən çıxarılan ailələr Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar

Yeni metro stansiyasının tikildiyi ərazidən çıxarılan ailələr Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar
# 24 iyul 2007 12:14 (UTC +04:00)
Bu gün Bakının Binəqədi rayonu ərazisində, 7-ci və 8-ci mikrorayonlar arasında tikiləcək yeni metro stansiyasının inşası ilə əlaqədar ərazidən çıxarılan 11 məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirmək istəyib. Xocavənd rayon sakini Ruhiyyə Bəylərovanın APA-ya verdiyi məlumata görə, məcburi köçkünlərdən bir neçəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Rəhimov tərəfindən qəbul edilib. S. Rəhimov köçkünlərə yazılı şəkildə komitə sədrinə müraciət etməyi məsləhət görüb və onları Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Füzuli Aslanovun yanına göndərib. F. Aslanov isə yeni metro stansiyasının inşa edildiyi ərazidə məskunlaşmış məcburi köçkün ailələrinin yaşayış yeri ilə bağlı problemlərinin həlli üçün vəsait ayrılmadığını deyib. R. Bəylərova iyulun 25-də Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək niyyətində olduqlarını da söyləyib.
Qeyd edək ki, 7-ci və 8-ci mikrorayonlar arasında tikiləcək yeni metro stansiyanın ərazisində məskunlaşmış Xocavənd rayonundan olan 11 məcburi köçkün ailəsi zorla Müşfiqabad qəsəbəsi yaxınlığındakı boş əraziyə köçürülüb. Orada yaşayış üçün şərait yaradılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR