Gəncənin su anbarlarında avtomatlaşdırılmış xlorlaşdırıcılar quraşdırılacaq

Gəncənin su anbarlarında avtomatlaşdırılmış xlorlaşdırıcılar quraşdırılacaq
# 26 iyul 2007 10:03 (UTC +04:00)
Gələn ildən Gəncənin su anbarlarında avtomatlaşdırılmış xlorlaşdırıcılar quraşdırılacaq. Bu təşəbbüs Almaniya və İsveçrənin Azərbaycanla birgə həyata keçirdikləri layihə əsasında reallaşacaq. Yeni xlorlaşdırıcı qurğular xlorun suya normadan artıq qatılacağı təqdirdə siqnal verəcək. Hazırda baş idarənin təşəbbüsü ilə Gəncənin iki böyük su anbarında “V 10 K” markalı qurğular istifadəyə verilib. Gəncə şəhər “Su-kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin texniki işlər şöbəsinin aparıcı mühəndisi Məmməd Əkbərovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 3800 tonluq “Totanlı” və 4200 tonluq 518-ci su anbarlarında olan “LONİ-100” markalı xlorlaşdırıcı qurğular istismar müddətini başa vurduğu üçün yeniləri ilə əvəz olunub. Yeni xlorlaşdırıcı qurğular İngiltərədən gətirilib və suyun xlorlaşdırma prosesini tam nəzarətdə saxlaya bilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR