Bank Of Baku

Milli QHT Forumu “İcmalar haqqında” qanun layihəsini təqdim edib

Milli QHT Forumu “İcmalar haqqında” qanun layihəsini təqdim edib
# 27 iyul 2007 11:14 (UTC +04:00)
Milli QHT Forumu “Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində “İcmalar haqqında” qanun layihəsinin təqdimatı ilə bağlı seminar keçirib. APA-nın məlumatına görə, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov qanun layihəsi ilə bağlı məlumat verərək müəyyən maddələrə aydınlıq gətirib: “Bu qanun kənd, qəsəbə və şəhərlərdə yaradılan icmaların formalaşdırılması, fəaliyyət prinsiplərini və qaydaları, həmçinin onların dövlət və yerli özünüidarəetmə orqanları, digər hüquqi və fiziki şəxslərlə münasibətlərinin tənzimləyəcək. İcma müəyyən ərazidə yaşayan əhalinin könüllü birliyi olub, yerli əhəmiyyətli məsələləri birgə həll etmək məqsədi daşıyan yerli özünüidarəetmə orqanıdır. Eyni zamanda icma qeyri-kommersiya təşkilatıdır. İcma sədri icma-üzvləri tərəfindən onun nizamnaməsinə uyğun olaraq seçilən şəxsdir”. O, qanun layihəsinin beş fəsil, 21 maddədən ibarət olduğunu da deyib. Sonra seminar tədbir müzakirələrlə davam etdirilib. Özünüidarəetmə orqanı kimi təqdim olunan icmalarla eyni statuslu bələdiyyələrin səlahiyyətlərinin üst-üstə düşməsi müzakirələr zamanı mübahisələrə səbəb olub. Tədbir iştirakçıları qanun layihəsində bir çox məsələlərin öz əksini tapmadığını vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR