Bank Of Baku

Lənkəranda “Bu vətən bizimdir” mövzusunda yay düşərgəsi təşkil olunub

Lənkəranda “Bu vətən bizimdir” mövzusunda yay düşərgəsi təşkil olunub
# 27 iyul 2007 15:30 (UTC +04:00)
Lənkəran şəhərində 550 nəfər üçün “Gənc liderlər” layihəsi çərçivəsində “Bu vətən bizimdir” mövzusunda yay düşərgəsi təşkil olunub. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib. Gənclər və İdman Nazirliyinin “Həyat” Beynəlxalq Humanitar Təşkilatı ilə həyata keçirdiyi birgə layihə Bakı şəhərindəki gənclər təşkilatları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları, ictimai fəal gənclərlə iş üzrə mütəxəssisləri əhatə edir. Yay düşərgəsi iyulun 5-dən sentyabrın 15-nə kimi açıq olacaq. Lənkəran şəhərində hər qrupda 50 nəfər daxil olmaqla 11 qrup istirahət edə biləcək. I qrupun istirahəti artıq başa çatıb. Dünən II qrup düşərgəyə göndərilib. İstirahət müddətində tələbə gənclər üçün müxtəlif əyləncəli yarışlar, meşəyə səyahət təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR