Bank Of Baku

Biləsuvarda məcburi köçkünlər üçün 1858 evdən ibarət beş qəsəbənin tikintisi bu ilin sentyabr ayında başa çatacaq

Biləsuvarda məcburi köçkünlər üçün 1858 evdən ibarət beş qəsəbənin tikintisi bu ilin sentyabr ayında başa çatacaq
# 30 iyul 2007 08:52 (UTC +04:00)
Prezident İlham Əliyevin 2004-cü ilin aprelində imzaladığı sərəncama əsasən Füzuli, Biləsuvar, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ötən ilin noyabrından Biləsuvar rayonunun ərazisində salınan 1858 evdən ibarət beş qəsəbənin tikintisi bu ilin sentyabr ayında başa çatacaq. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Yeni şəhərcik üçün 2 min hektar sahə ayrılıb. Hər birində 372 ev olan qəsəbələrə yol, içməli su, işıq xətlərinin çəkilməsi və içməli su üçün 2 ədəd 2 min kubmetrlik hovuzun, 2 min hektar əkin sahəsini suvarmaq üçün isə nasos stansiyasının tikilməsi və 4,5 təzyiqli boru vasitəsi ilə sahələrə paylanması nəzərdə tutulub. Bu məqsədlə 13 kilometr uzunluğunda kollektor, 51 kilometr uzunluğunda açıq su yığıcıları, 39,8 kilometrlik örtülü drenajlar çəkilib. Hər qəsəbədə 270 yerlik məktəb, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati binalar, klub, icma mərkəzi, baytarlıq məntəqəsi, yanğınsöndürən məntəqə fəaliyyət göstərəcək. Tikintidə ümumilikdə 18 şirkət və 3000-ə yaxın inşaatçı çalışır. Onların da 1000 nəfərdən çoxu qaçqın və məcburi köçkünlərdir. İşçilər üçün normal şərait yaradıb, əmək haqları vaxtında ödənilir. Qeyd edək ki, Biləsuvar rayonu ərazisində ilk şəhərciyin tikintisinə 2002-ci ilin yayında başlanılıb. 12 minə yaxın cəbrayıllının məskunlaşdığı bu yeni yaşayış məntəqələrinin hər birində ayrıca infrastruktur və sosial obyektlər yaradılıb. Hərəsində 429 ev olan bu qəsəbələrdə hazırda 2560 ailə yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR