Bank Of Baku

Azərbaycanda 42 min nəfər gözdən əlil və zəif görən insan var

Azərbaycanda 42 min nəfər gözdən əlil və zəif görən insan var
# 30 iyul 2007 11:15 (UTC +04:00)
Rəsmi statistikaya əsasən Azərbaycanda 29 min gözdən əlil və zəif görənlərin olduğu bildirilsə də, Gözdən Əlillər Cəmiyyəti onların sayının 42 min olduğunu müəyyənləşdirib. APA-nın məlumatına görə, bunu keçirdiyi tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Bəybala İbadullayev deyib. O bildirib ki, prezident İlham Əliyevin bu ilin mayında təsdiqlədiyi "Əhalinin məşğulluq strategiyasına dair Dövlət Proqramı"nda əhalinin digər təbəqələri ilə yanaşı, əlil insanların da məşğulluq problemlərinin həll olunması nəzərdə tutulub. Proqramda əlillərin təklifləri 6 bənddə öz əksini tapıb. Bu bəndlərə görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşları işlə təmin edən işəgötürənləri həvəsləndirmək məqsədilə mövcud qanunvericilik normalarına müvafiq əlavələr edilməli, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və əmək bazarında rəqabətli, qabiliyyətli kadrların hazırlanması üçün peşə təhsili sistemi təkmilləşdirilməli, layiqli əməyin təmin edilməsinə istiqamətləndirilmiş davamlı inkişafın əldə edilməsi məqsədilə əmək qanunvericiliyinə nəzarət sistemi gücləndirilməli, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyələrinin artırılması üçün müvafiq şərait yaradılmalıdır. Həssas qrupların iqtisadi vəziyyətinin inkişaf etdirilməsi üçün əlaqədar nazirliklərin müəyyən təkliflər hazırlamalı olduğunu deyən B. İbadullayev əlavə edib ki, Bakı Baş Məşğulluq İdarəsi ilə birlikdə 2 aylıq dərzilik kursları təşkil olunub. Sentyabrdan kurs iştirakçılarının işlə təmin olunmasına başlanılacaq. B. İbadullayev gözdən əlillər üçün peşə məktəbinin yaradılmasını da təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR