Bank Of Baku

Bakı kəndlərinin Koordinasiya Şurası torpaq islahatında qanunsuzluğa yol verildiyini bildirir

Bakı kəndlərinin Koordinasiya Şurası torpaq islahatında qanunsuzluğa yol verildiyini bildirir
# 30 iyul 2007 12:00 (UTC +04:00)
Bakı kəndlərinin Koordinasiya Şurasının iyulun 26-da Sabunçu və Abşeron rayonlarında keçirdiyi monitorinqin nəticələrinə dair mətbuat konfransı keçirilib. “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov bildirib ki, Bakı kəndlərinin sakinləri bələdiyyələrin qanunsuz fəaliyyəti ucbatından torpaq islahatından kənarda qalıblar və onların böyük əksəriyyəti əkin sahələrinə sahib ola bilməyib. O, monitorinqin davamlı şəkildə aparılacağını deyib. Koordinasiya Şurasının üzvü Mehdi Şamilli də monitorinqin nəticələrinin ürəkaçan olmadığını deyib. Torpaq islahatının yerli məmurlar tərəfindən qeyri-qanuni formada həyata keçirildiyini iddia edən M. Şamilli buna misal kimi Fatmayi, Goradil, Kürdəxanı kəndlərində torpaq satışını göstərib. Fatmayi kənd sakini Əfrasiyab Quliyev 1963-cü ilin statistikasına əsasən Bakının Maştağa, Bilgəh, Nardaran kəndlərində ümumilikdə 18 min hektar, Fatmayi kəndində isə 10 min hektar torpaq sahəsinin olduğunu söyləyib: “Bu gün Bakı kəndlərində satılan torpaq sahələri qaçqın və məcburi köçkünlərin adına saxta şəkildə sənədləşdirilir. Bakının 32 kəndindən 28-də torpaq islahatı lazımi şəkildə aparılmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR