Bank Of Baku

Zaqatalanın Kebeloba kəndinə qaz verilib

Zaqatalanın Kebeloba kəndinə qaz verilib
# 20 sentyabr 2007 16:19 (UTC +04:00)
Bu gün Zaqatalanın Kebeloba kəndində yeni çəkilmiş qaz xəttinə mavi yanacağıın verilməsinə başlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Bu münasibətlə Kebeloba kəndində keçirilən açılış mərasimində RİH başçısı Asif Əsgərov da iştirak edib. Tədbirdə çıxış edən A. Əsgərov Kebeloba kəndinə yeni çəkilmiş qaz xəttinə təbii qazın verilməsini “Əsrin Müqaviləsi”nin ildönümünə təsadüf etdiyini və bunun olduqca əlamətdar bir hadisə olduğunu bildirib. Daha sonra icra başçısı kənd sakinlərinin ayrı-ayrılıqda problemləri ilə yaxından tanış olub və lazımi tapşırıqlar verib. Qeyd edək ki, bu günə kimi 1500 nəfər əhalisi olan Kebeloba kəndi şəhərə çox yaxın kəndlərdən biri olmasına baxmayaraq, təbii qazla təmin olunmurdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR