Bank Of Baku

Xanlardakı Zona Baytarlıq Laboratoriyasında virusoloji şöbənin açılışı keçirilib

Xanlardakı Zona Baytarlıq Laboratoriyasında virusoloji şöbənin açılışı keçirilib
# 24 sentyabr 2007 13:40 (UTC +04:00)
Bu gün Xanlar rayonundakı Zona Baytarlıq Laboratoriyasında Yaponiya hökumətinin xətti ilə tikilmiş virusoloji şöbənin açılışı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yeni şöbə hər bir müasir avadanlıqla təchiz edilib. Layihədən faydalanacaq şəxslərin sayı 450.000 nəfər, layihənin ümumi dəyəri 82503 ABŞ dolları təşkil edir. Yaponiya hökumətinin “Ot kökləri və İnsan təhlükəsizliyi” qrant proqramı çərçivəsində həyata keçirilmiş Xanlar rayonunda “quş qripi”nə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi layihəsinin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfirinin birinci müavini Mitsuhiro Kohna, Xanlar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev, Respublika Baytarlıq Laboratoriyasının rəisi Elman Aslanov, Xanlar rayon Baytarlıq İdarəsinin rəisi Azər Süleymanov iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR