Bank Of Baku

Metropoliteninin yubileyinə həsr olunmuş sənədli film çəkilib

Metropoliteninin yubileyinə həsr olunmuş sənədli film çəkilib
# 24 sentyabr 2007 13:50 (UTC +04:00)
Bakı Metropoliteninin 40 illik yubileyinə həsr olunmuş sənədli film çəkilib. Bu barədə APA-ya Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişinə cari ilin əvvəllərində başlanılıb və artıq çəkilişlər başa çatıb: “Film Metropolitenin noyabr ayında keçiriləcək 40 illik yubileyində nümayiş olunacaq. Bu filmdə Metropolitendə əməyi olan bir çox insanlar, metronun veteranları, o cümlədən mən özüm də çəkilmişəm. Hesab edirəm ki, film çox gözəl alınıb”. Metropolitenin yubileyi ərəfəsində metro işçilərinin maaşlarının artırılıb-artırılmamasına gəlincə, T. Əhmədov hələ ki belə bir məsələnin müzakirə olunmadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR