Bank Of Baku

Azərbaycan ADB-nin Manilada keçiriləcək konfransında iştirak edəcək

Azərbaycan ADB-nin Manilada keçiriləcək konfransında iştirak edəcək
# 25 sentyabr 2007 08:14 (UTC +04:00)
Bu ilin oktyabrın 1-3-də Manilada (Filippin) Minilliyin İnkişafı Rəqəmlərlə mövzusunda (International Conference Millennium Development Goals Statistics) beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçısı rolunda Asiya İnkişaf Bankı (ADB) çıxış edir.
ADB-nin Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, konfransda Asiya bankının üzvü olan bütün ölkələrdən nümayəndələr iştirak edəcək: “Azərbaycanı isə bu beynəlxalq tədbirdə Dövlət Statistika Komitəsinin beynəlxalq informasiya mübadiləsi və təchizat sektorunun müdiri Azər Əhmədov təmsil edəcək. Komitə təmsilçisi Azərbaycanda yoxsulluq səviyyəsinin hesablanması və statistikası üzrə tətbiq olunan metodologiyanın təqdimatı ilə çıxış edəcək”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR