Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2005-2006-cı illərdə cəbhə xətti boyunca yerləşən 25 icmada “Təhlükəsiz Oyun Meydançası” layihəsini həyata keçirib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2005-2006-cı illərdə cəbhə xətti boyunca yerləşən 25 icmada “Təhlükəsiz Oyun Meydançası” layihəsini həyata keçirib
# 09 oktyabr 2007 15:40 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Norveç Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə 2005-2006-cı illərdə cəbhə xətti boyunca yerləşən 25 icmada “Təhlükəsiz Oyun Meydançası” (TOM) layihəsini həyata keçirib. TOM mina və müharibənin partlayıcı qalıqları (MPQ) hadisələrini azaltmağa xidmət edən praktiki tədbirdir. APA-nın məlumatına görə, BQXK 2007-ci ildə əlavə olaraq daha 10 kənddə layihə keçirməyi qərarlaşdırıb. İcmaların seçilməsi BQXK və AzQAC-ın birgə qiymətləndirmələri Minalara Qarşı Azərbaycan Milli Agentliyi (ANAMA), Azərbaycan Piyadalar Əleyhinə Minaların Qadağan Edilməsi Kampaniyası (AzCBL) ilə məsləhətləşmələr əsasında həyata keçirilib. Tədbirlər Qazax rayonunun Məzəm, Quşcu Ayrım, Tovuz rayonunun Əsrik Çırdaxan, Gədəbəy rayonunun İsalı, Mormor, Tərtər rayonunun Hüsənli, Qapanlı, Ağdam
rayonunun Orta Qərvənd, Əhmədağalı, Ağcabədi rayonunun Minaxorlu kəndlərində keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR