Bank Of Baku

BMT baş katibi Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə müraciət yayıb

BMT baş katibi Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə müraciət yayıb
# 10 oktyabr 2007 08:20 (UTC +04:00)
BMT baş katibi Ban Ki Mun Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, mədəniyyət və müxtəliflik psixi sağlamlığın bir çox aspektlərinə təsir edir. Mədəniyyət hər hansı cəmiyyət daxilində hansı halların “normal” və hansılarının “anormal” olmasını müəyyənləşdirir, eləcə də fərdlərdə simptomların üzə çıxmasına, onların bu simptomlarla mübarizəsinə, ailə və cəmiyyətin dəstəyindən nə dərəcədə yararlanmasına və müalicəyə hazır olmasına təsir edir: “Biz müxtəlif mədəniyyətlərin kəsişdiyi bir dünyada yaşayırıq. Vaxtilə bir-birindən coğrafi nöqteyi-nəzərdən uzaqda yaşayan insanlar indi eyni resurslar əldə etmək naminə rəqabət aparır, öz mədəniyyətlərinin qorunub saxlanmasına və ya yeni mədəniyyətlərə uyğunlaşmağa çalışırlar. Tamamilə müxtəlif dillər, dinlər və mədəniyyətlər bir ölkə və hətta bir icma daxilində fəaliyyət göstərir. Öz etnik icmasını tərk etmə, köçdüyü ərazidəki insanlar tərəfindən isə qəbul edilməmə, buradakı mədəniyyət normalarına uyğunlaşa bilməyən insanların ağır stress halları ilə rastlaşmasına, daha çox həssas olan şəxslərdə isə psixi pozğunluq hallarına gətirib çıxarır. Bunun qarşısını almaq üçün peşəkar və mədəni heyətdən ibarət psixi sağlamlıq xidməti yaratmaq lazımdır. Gəlin, Ümumdünya Psixi Sağlamlıq günü bu missiyamıza sadiq qaldığımızı bir daha sübut edək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR