Bank Of Baku

10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür

10 oktyabr  Ümumdünya Psixi Sağlamlıq Günüdür
# 10 oktyabr 2007 08:25 (UTC +04:00)
Hər il oktyabrın 10-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunur. BMT-nin İctimai İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, 2007-ci il Ümumdünya Psixi Sağlamlıq kampaniyası mədəniyyətlərarası psixi səhiyyə xidmətlərinə və müalicəyə diqqət yetirir. Hətta mədəni müxtəlifliyə hörmət edən dövlətlərdə belə psixi sağlamlıq xidmətləri və ya öz müştərilərinin müxtəlif mədəni tələbatlarını ödəməyə yönəlmiş tibb işçiləri tapmaq nadir hallarda mümkündür: “Hər il Azərbaycanda 80 mindən çox insan psixi sağlamlıq yardımına müraciət edir. Halbuki onlar psixi sağlamlıq xidmətlərinə ehtiyacı olanların kiçik bir hissəsini təşkil edir. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda psixi sağlamlıq xidmətləri üzrə islahatların aparılması üçün Psixi Sağlamlıq Xidmətinin Qiymətləndirilməsini başa çatdırıb”. Hazırda Azərbaycan Səhiyyə Nazirliyi ÜST-nin texniki dəstəyi ilə psixi sağlamlıq siyasətini və kadr strategiyasını inkişaf etdirir. Hər iki sənəddə mədəni müxtəliflik məsələləri öz əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR