Bank Of Baku

Dünya Bankının su missiyası Azərbaycana gəlib

Dünya Bankının su missiyası Azərbaycana gəlib
# 10 oktyabr 2007 11:42 (UTC +04:00)
Dünya Bankının (DB) Azərbaycanda kiçik şəhərlərin su təchizatı sisteminin modernləşdirilməsi layihəsi üzrə missiyası Bakıya gəlib. Bankın Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, missiyaya DB-nin aparıcı mütəxəssisi Andreas Rode başçılıq edir.
Missiyanın səfərinin əsas məqsədi bu layihənin icrasının gedişi ilə tanış olmaqdır. Səfər zamanı DB missiyası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və bu layihənin işlənməsi ilə məşğul olan yerli mütəxəssislərlə görüşlər keçirəcək. Missiyanın səfəri oktyabrın 14-də başa çatacaq.
Qeyd edək ki, bu layihə üzrə 230 mln. ABŞ dolları dəyərində kredit sazişi Azərbaycan hökuməti ilə DB arasında bu ilin avqustun 17-də imzalanıb. Tərəflər layihənin şəhərlər üzrə əhatə dairəsinin genişləndirilməsini planlaşdırır.
Xatırladaq ki, layihə çərçivəsində Azərbaycanın Ağstafa, Biləsuvar, Qoranboy, Qəbələ, Quba, Saatlı, Oğuz, Şəmkir, Xanlar, Tovuz, Zaqatala, Hacıqabul, Mingəçevir, Qax, Samux, Tərtər, Qazax, həmçinin Naxçıvan MR-nın Babək və Şərur rayonlarında su təchizatının modernləşdirilməsi həyata keçiriləcək. Bu layihəyə daha 5 rayonun cəlb edilməsi planlaşdırılır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR