Bank Of Baku

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu cəzaçəkmə müəssisələrində monitorinqlər keçirəcək

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu cəzaçəkmə müəssisələrində monitorinqlər keçirəcək
# 10 oktyabr 2007 11:58 (UTC +04:00)
“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu cəzaçəkmə müəssisələrində monitorinqlərə hazırlaşır. Fondun prezidenti Şahin Camalovun APA-ya verdiyi məlumata görə, monitorinqlərin keçirilməsi Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə razılaşdırılıb və müvafiq icazə alınıb. Monitorinqlərin 2, 5 və 16 saylı cəzaçəkmə müəssisələrində keçirilməsi nəzərdə tutulur. Monitorinqlər zamanı cəzaçəkmə müəssisələrinin Avropa penitensiar qaydalarına uyğunluğu, məhbuslarla davranış qaydaları, onların saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti və s. kimi məsələlərə diqqət veriləcək. Bundan başqa fond nümayəndələri 5 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Samir Sədaqətoğlu və 16 saylı cəzaçəkmə müəssisəsində saxlanan Rövşən Kəbirli ilə də görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR