Bank Of Baku

Yaponiya hökumətinin maliyyə yardımı ilə Lənkəranda taun əleyhinə laboratoriya istifadəyə verilib

Yaponiya hökumətinin maliyyə yardımı ilə Lənkəranda taun əleyhinə laboratoriya istifadəyə verilib
# 10 oktyabr 2007 14:04 (UTC +04:00)
Oktyabrın 10-da Lənkəranda Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Lənkəran şəhər Taun Əleyhinə Mübarizə Stansiyasında yeni tikilmiş laboratoriyanın açılış mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, şəhər ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Hideomi Nakacima, respublika Səhiyyə Nazirliyinin nümayəndəsi Faiq Məmmədzadə çıxış ediblər. Bildirilib ki, hər cür avadanlıqlarla təchiz olunmuş laboratoriyanın açılmasında başlıca məqsəd Lənkəran və ətraf rayonlarda “quş qripi”nə qarşı mübarizə tədbirlərini gücləndirməkdən ibarətdir. Ümumi dəyəri 85368 ABŞ dolları olan bu layihədən 190 min nəfər faydalanacaq. Sözügedən laboratoriya isə cənub bölgəsinin 78 yaşayış məntəqəsini əhatə edəcək. Tədbirin sonunda Lənkəran Taun Əleyhinə Mübarizə Stansiyasının direktoru Miraqil Hüseynov çıxış edərək, göstərdiyi təmənnasız yardıma görə Yaponiya hökumətinə minnətdarlığını çatdırıb. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları laboratoriya ilə tanış olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR