Bank Of Baku

Azad Rəhimov Azərbaycanda səfərdə olan GUAM ölkələrindən olan gəncləri qəbul edib

Azad Rəhimov Azərbaycanda səfərdə olan GUAM ölkələrindən olan gəncləri qəbul edib
# 10 oktyabr 2007 16:06 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov “GUAM ölkələrinin gənclər günü” çərçivəsində Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini qəbul edib. APA-nın məlumatına görə, görüşü giriş sözü ilə açan Azad Rəhimov oktyabrın 8-də başlayan tədbirin böyük rezonans yaratdığını bildirib: “Biz hamımız gənc dövlətlərin təmsilçiləriyik. Azərbaycanda ilk dəfə keçirilən “GUAM ölkələrinin gənclər günü” bir daha sübut etdi ki, biz doğru yoldayıq. Bu tədbirlərin məqsədi gənc dövlətlərin gəncləri arasında əlaqələri yaratmaq və möhkəmlətməkdir”. Gənclər arasında əməkdaşlığa xidmət edən tədbirlərə yüksək qiymət verdiyini deyən nazir bir sıra maraqlı layihələri həyata keçirməyin mümkünlüyünü vurğulayıb: “Moldova, Ukrayna, Gürcüstan və Azərbaycan təbiətinin qoynunda tələbə düşərgələri yarada bilərik. Müntəzəm olaraq, gənc alimlərin konfranslarını da keçirtmək olar”. Moldova nümayəndə heyətinin rəhbəri Valentin Kryudu görüşdə çıxış edərək GUAM ölkələri gənclərinin çox istedadlı olduğunu və onlar arasında əməkdaşlığın baş tutacağına əminliyini bildirib. Gürcüstan nümayəndə heyətinin rəhbəri Aftandil Pruidze, Ukrayna nümayəndə heyətinin rəhbəri Viktor Belov çıxışlarında əməkdaşlıq üçün ilk addımların artıq atıldığını, birgə layihələri həyata keçirməyə hazır olduqlarını söyləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR