Qusar rayonunun Xuray kəndində yeni körpünün açılış mərasimi olub
11 oktyabr 2007 10:54 (UTC +04:00)
Qusar rayonunun Xuray kəndində yeni körpünün açılış mərasimi keçirilib. Qusar Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, uzun illər yol problemindən əziyyət çəkən Qusar sakinlərinin problemi çözülüb. Xuray kəndi ilə rayon mərkəzini birləşdirən yolda - Qusarçayın üzərində tikilən körpünün uzunluğu 61 metr, eni isə 6 metrdir. Bu körpünün tikintisi Heydər Əliyev Fondunun hesabına iki ay ərzində başa çatıb. Mərasimdə “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev, Qusar RİH rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. /APA/
Sosial
Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib
03:59
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024