Bu ilin 9 ayı ərzində 20 yolayrıcında yeni işıqfor sahəsi qurulub
16 oktyabr 2007 08:36 (UTC +04:00)
2007-ci ilin 9 ayı ərzində hərəkətin işıqforla tənzimlənməsi üçün 20 yolayrıcında yeni işıqfor sahəsi qurulub. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ölkə ərazisindəki 59 işıqforda bərpa işləri aparılıb, 11-i ləğv edilib. Hesabat dövründə 1935 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, küçə və yollarda 1,4 milyon poqonmetrdən artıq boya ilə cizgilənmə işi aparılıb. 2007-ci ilin 9 ayı ərzində 13368 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq nəticəsi üzrə müvafiq inzibati tədbirlər görülüb. “Sutkanın qaranlıq vaxtı piyada vurulması”, “Nizamlanmayan piyada keçidinin keçilməsi”, “Yol ayrıcında olan piyada keçidinin keçilməsi”, “Yolu keçərkən qaçmağın yaratdığı təhlükə” və “Ötmə əməliyyatının aparılması” və s. mövzularında 10 animasiya hazırlanıb. /APA/
Sosial
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024