Sabirabadda yeni baytarlıq laboratoriyası istifadəyə verilib
16 oktyabr 2007 12:47 (UTC +04:00)
Sabirabadda yeni baytarlıq laboratoriyası istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Onun sözlərinə görə, laboratoriya Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Sabirabad rayonunda “quş qripi” ilə mübarizə imkanlarını genişləndirmək məqsədilə açılıb. Bununla yanaşı, rayon Baytarlıq İdarəsinin inzibatı binası da əsaslı təmir edilib. Bu məqsədlə Yaponiya hökuməti 89500 ABŞ dolları maliyyə vəsaiti xərcləyib. Laboratoriya müasir avadanlıqlarla təmin edilib. Açılış mərasimində Yaponiya səfirliyinin nümayəndələri iştirak edib. /APA/
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024