Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə səyyar kollegiya iclası keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə səyyar kollegiya iclası keçirib
# 16 oktyabr 2007 13:29 (UTC +04:00)
Gəncədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bölgə üzrə səyyar kollegiya iclası keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, kollegiya iclasının əsas məqsədi rayon və şəhərlərdə ailə, qadın və uşaq problemləri sahəsində vəziyyəti öyrənmək, dövlət proqramlarının icrası barədə məlumatları toplamaq, həyata keçirilən tədbirlərin səmərəliliyinin həyata keçirilməsi istiqamətində imkanları araşdırmaq, yerli icra hakimiyyəti orqanları ilə birgə müzakirələr keçirməkdən ibarətdir. Kollegiya iclasında Gəncə və Naftalan şəhərləri ilə yanaşı, Xanlar, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarının yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, məhkəmə orqanları, uşaq müəssisələrinin rəhbərləri iştirak edib. Kollegiya iclasında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli fərmanının icrası, uşaq hüquqları və uşaq problemləri sahəsində beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələbləri, Azərbaycanda qəbul edilmiş Dövlət proqramlarının icrası vəziyyəti, deinstitusionalizasiya prosesi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti, qəyyumluq və himayə məsələləri və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, ilin sonuna analoji kimi bu cür səyyar kollegiya iclası Lənkəran şəhərində də keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR