18 oktyabr - Azərbaycanın Müstəqillik Günü iş günü olacaq
16 oktyabr 2007 14:16 (UTC +04:00)
Azərbaycanda 18 oktyabr tarixi rəsmi olaraq iş günüdür. Nazirlər Kabinetindən “APA-Economics”ə verilən məlumata görə, Müstəqillik Günü kimi qeyd edilən bu tarix bu ildən qeyri-iş günü hesab edilməyəcək. Bundan əlavə, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahətlər - qeyri-iş günləri ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü olacaqlar. Qeyd edək ki, 18 oktyabr, 12 noyabr və 17 noyabr Milli Məclisin ötən ilin dekabrında Əmək Məcəlləsinə etdiyi əlavə və dəyişiklərdən sonra iş günü hesab edilir. /APA-Economics/
Sosial
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:24
23 may 2024
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024