Oktyabrın 20-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə test imtahanı keçiriləcək
18 oktyabr 2007 10:21 (UTC +04:00)
Oktyabrın 20-də Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müxtəlif dövlət orqanlarında 323 vakant yerin tutulması üzrə elan edilən müsabiqənin birinci mərhələsi olan test imtahanı keçiriləcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan Azərbaycan Texniki Universitetinin əsas və 5-ci korpuslarında, həmçinin Memarlıq və İnşaat Universitetində keçiriləcək. İmtahan saat 10-da başlanacaq. İmtahanda iştirak edəcək namizədlər “Namizədin vəsiqəsi”ni, “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı oktyabrın 19-dək Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan əldə etməlidirlər. /APA/
Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024