“Elektrik enerjisinə qənaət məktəblilərin gözü ilə!” devizi altında keçirilən rəsm və inşa müsabiqəsinə yekun vurulub
18 oktyabr 2007 12:05 (UTC +04:00)
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Təhsil Nazirliyinin dəstəyi ilə yuxarı sinif şagirdləri arasında “Elektrik enerjisinə qənaət məktəblilərin gözü ilə!” devizi altında keçirdiyi rəsm və inşa yazısı üzrə ümumrespublika müsabiqəsinə yekun vurulub. Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqəyə tədris ilinin əvvəlindən start verilib və cari ilin oktyabr ayının 10-da yekun vurulub. Müsabiqəyə 192 rəsm əsəri, 417 inşa yazı daxil olub. Daxil olan rəsm əsərləri və inşa yazıları Təhsil Nazirliyinin, Rəssamlar İttifaqının və səhmdar cəmiyyətin nümayəndələrinin iştirakı ilə təşkil edilən komissiya tərəfindən yoxlanılıb və qiymətləndirilib. Yoxlamanın nəticələri energetiklərin peşə bayramı ərəfəsində elan ediləcək və qaliblər mükafatlandırılacaq.
Bundan əlavə təqdim edilən bütün rəsm əsərləri və ən yaxşı inşa yazıları “Azərenerji” ASC-nin internet saytında (www.azərenerji.com) yerləşdiriləcək. /APA-Economics/

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024