Bank Of Baku

Litvanın sosial təminat naziri Azərbaycana gəlir

Litvanın sosial təminat naziri Azərbaycana gəlir
# 22 oktyabr 2007 10:19 (UTC +04:00)
Oktyabrın 24-də Litvanın sosial təminat naziri Blin Kevuçude Azərbaycana səfərə gəlir.
APA-Economics”in məlumatına görə, Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis bildirib ki, litvalı nazir oktyabrın 25-dək Bakıda olacaq və səfər zamanı bir sıra rəsmi görüşlər keçirəcək. Həmçinin, səfər çərçivəsində iki ölkə arasında sosial təminat və gənclər sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq.
Səfir qeyd edib ki, yaxın vaxtlarda Litvanın baş naziri azərbaycanlı həmkarının dəvəti ilə Bakıya səfər edəcək. Bundan əlavə, Bakıda müxtəlif xarakterli Azərbaycan-Litva biznes forumlarının keçirilməsi də planlaşdırılır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR