Hökumətlər kasetli silahların istehsalı, satışı və tətbiqinə moratorium qoymağa çağırılıb
05 noyabr 2007 14:44 (UTC +04:00)
Bu gün Azərbaycan da daxil olmaqla 40 ölkədə vətəndaş cəmiyyətinin nümayəndələri və dünyanın aparıcı KİV-ləri hökumətlərə müraciət edərək onları tez bir zamanda kasetli silahların istehsalı, satışı və tətbiqinə moratorium qoyulmasına çağırıb. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyindən APA-ya verilən məlumata görə, hökumətlər bir aydan sonra Vyanada “Oslo prosesi” çərçivəsində keçiriləcək, kasetli silahların qadağan olunmasını nəzərdə tutan yeni beynəlxalq müqavilə üzrə diplomatik danışıqlarda iştirak etməyə dəvət olunub.
Qeyd edək ki, hazırda dünyanın 75 ölkəsinin kasetli silah ehtiyatı var və 34 ölkə 210 tip belə silah icad edib. Azərbaycan hökuməti “Oslo prosesi” çərçivəsində 3-5 oktyabr 2007-ci il tarixdə Belqradda keçirilən “Kasetli silahların təsirinə məruz qalmış ölkələr”in konfransında iştirak edib. Dağlıq Qarabağ ərazisində 162 yerdə bu silahla çirklənmə qeydə alınıb və daha 150 ərazidə bu silah növünə rast gəlinəcəyi ehtimal olunur. /APA/

Sosial
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub
16:09
8 may 2024
İctimai şuranın üzvləri FHN Akademiyasına kursant qəbulu ilə əlaqədar seçim turunu izləyiblər
15:45
8 may 2024