BMT-nin baş katibi Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamani istismar edilməsinin qarşısının alınması günü münasibətilə müraciət yayıb
05 noyabr 2007 17:02 (UTC +04:00)
BMT-nin baş katibi Ban Ki Mun Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamani istismar edilməsinin qarşısının alınması günü münasibətilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, hərbi münaqişələrin ən geniş yayılmış və dağıdıcı təsirlərindən biri insanların zorakılıq və təhlükədən xilas olaraq kütləvi şəkildə köçkünə çevrilməsidir: “Belə geniş miqyaslı əhali yerdəyişməsi saysız hesabsız insan iztirabına və iqtisadi fəaliyyətin pozulmasına səbəb olur. Onlar həmçinin ətraf mühitə, xüsusilə də, quraq və ekoloji cəhətdən deqradasiyaya uğramış ərazilərə ciddi ziyan vururlar. Bu il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Darfurda keçirdiyi qiymətləndirməsi nəticəsində müəyyən olunub ki, 2003-cü ildən bəri iki milyondan artıq insanın məcburi köçürülməsi onlar üçün salınmış daha böyük düşərgələr ətrafında meşələrin kəskin surətdə seyrəlməsinə, torpaqların deqradasiyasına və yeraltı su ehtiyatlarının kəskin istismarına səbəb olub. Təhlükəsizlik və inkişafa maneə törədə biləcək və sonrakı münaqişə və köçkünlüyə səbəb ola biləcək uzunmüddətli ekoloji problemlərdən yayınmaq istəyiriksə, ekologiya ilə bağlı məsələlərə əhəmiyyət verməliyik. Məhz bu səbəbdən BMT Baş Assambleyası altı il əvvəl Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamanı istismar edilməsinin qarşısının alınması gününü təsis etdi. Gəlin bu gün bu missiyaya çatmaq üçün üzərimizə götürdüyümüz öhdəliyi bir daha təsdiqləyək”. /APA/
Sosial
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024