“Azərbaycanda minadan zərərçəkənlər üçün icma səviyyəli biznes təlimləri və mikro-kredit dövriyyə fondu” layihəsinin icrasına başlanılıb
06 noyabr 2007 08:16 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Sloveniyada fəaliyyət göstərən Beynəlxalq Etimad Fondu (İTF) və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan missiyası arasında razılaşmanın imzalanması ilə “Azərbaycanda minadan zərərçəkənlər üçün icma səviyyəli biznes təlimləri və mikro-kredit dövriyyə fondu” layihəsinin icrasına başlanılıb. ANAMA-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, layihəyə görə Azərbaycanın 4 regionunda 60-80 minadan zərər çəkmiş şəxs işgüzar fəaliyyətin əsasları haqqında biliklərə yiyələnəcək, onlardan 30-40 nəfər layihə heyətinin köməyi ilə hazırlayıb təqdim etdikləri biznes-planlar əsasında mikro-kreditlər alacaq. Faydalananlar minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi ilə bağlı ANAMA-nın təşkil etdiyi tədqiqatların nəticələrinə əsasən seçiləcəklər.
Qeyd edək ki, layihə 70% Avstriya İnkişaf Agentliyi (ADA) tərəfindən maliyyələşdirilib. Vəsaitin qalan hissəsi isə Sloveniya, Koreya və Azərbaycan hökumətlərinin paylarından təşkil olunub. /APA/
Qeyd edək ki, layihə 70% Avstriya İnkişaf Agentliyi (ADA) tərəfindən maliyyələşdirilib. Vəsaitin qalan hissəsi isə Sloveniya, Koreya və Azərbaycan hökumətlərinin paylarından təşkil olunub. /APA/
Sosial
Şimali Kiprdən olan şəhid ailələri Şuşaya səfər edib - YENİLƏNİB - FOTO
14:20
23 may 2024
Avropa Azərbaycan Məktəbi və Qazaxıstan məktəbləri arasında əməkdaşlıq davam edir
13:56
23 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub
13:40
23 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sumqayıtda dəfn olunub - FOTO
12:18
23 may 2024