Balakən və Qax rayonlarında “Narkomanlıq əsrimizin bəlasıdır” və “Gənclər narkotikə yox deyir!” mövzularında elmi-praktik konfranslar keçirilib
06 noyabr 2007 15:26 (UTC +04:00)
Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə Balakən və Qax rayonlarında “Narkomanlıq əsrimizin bəlasıdır” və “Gənclər narkotikə yox deyir!” mövzularında elmi-praktik konfranslar keçirib. Dövlət Komissiyasında APA-ya verilən məlumata görə, konfransda çıxış edən natiqlər gənclərin maarifləndirilməsi, bu yolla narkomanlığın qarşının alınması istiqamətində məruzələr ediblər. Tədbirdə eyni zamanda narkomanlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi müzakirə edilib. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edib. Növbəti tədbir noyabrın 7-də Şəki şəhərində keçiriləcək. /APA/
Sosial
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT
22:42
7 may 2024
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
19:28
7 may 2024
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024