Bank Of Baku

Bakıda narkomaniyanın yayılmasının qarşısını almağa həsr olunmuş elmi-praktik konfranslar keçiriləcək

Bakıda narkomaniyanın yayılmasının qarşısını almağa həsr olunmuş elmi-praktik konfranslar keçiriləcək
# 24 dekabr 2007 09:25 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dan 30-dək Bakıda “Gənclik sağlam həyat tərzi seçir”, “Narkomanıq ağ ölümdür”, “Gənclər narkomaniyaya yox deyir” mövzularında elmi-praktik konfranslar keçirəcək. Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, konfransların Bakının Qaradağ, Səbayel, Xətai, və Nərimanov rayonlarında keçirilməsi nəzərdə tutulub. Konfransın keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi və bu yolla narkomanlığın qarşının alınmasında qabaqlayıcı profilaktik tədbirlər görməkdir. Tədbirdə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR