Bank Of Baku

“Şəffaflıq Azərbaycan” İctimai Birliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Müdafiə Nazirliyinin zabit heyətinin iştirakı ilə seminarlar təşkil edib

“Şəffaflıq Azərbaycan” İctimai Birliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Müdafiə Nazirliyinin zabit heyətinin iştirakı ilə seminarlar təşkil edib
# 24 dekabr 2007 10:44 (UTC +04:00)
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları və Müdafiə Nazirliyinin 525 nəfərlik zabit heyətinin iştirakı ilə seminarlar keçirib. Birlikdən APA-ya verilən məlumata görə, Azərbaycan hökumətinin qəbul etdiyi “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” maarifləndirmə komponenti və “Şəffaflıq Azərbaycan” təşkilatının həyata keçirdiyi layihə çərçivəsində təşkil edilən tədbirlərdə korrupsiyanın səbəbləri, nəticələri, formaları müzakirələr edilib. Bundan başqa, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” tədbirlər planı, “Transparency İnternational” təşkilatının həyata keçirdiyi layihələr haqda məlumatlar, habelə təşkilatın mərkəzlərinə müraciət edənlərin əsas şikayətləndikləri sahələr, onların yaşı və cinsi ilə bağlı diaqramları seminar iştirakçılarının nəzərinə çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR