Bank Of Baku

Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binası əsaslı təmir olunub

Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binası əsaslı təmir olunub
# 25 dekabr 2007 10:38 (UTC +04:00)
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni təmir olunmuş inzibati binasının açılışında iştirak edib. APA-nın Cənub bürosunun məlumatına görə, 1959-cu ildə inşa olunan bina Dünya Bankı ilə Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına əsaslı təmir edilib. 17 otaqdan ibarət mərkəzin təmiri üçün 150 min manat xərclənib. Burada Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə yanaşı, nazirliyin 10 saylı bölgə üzrə Əmək Müfəttişliyi və Baş Məşğulluq İdarəsinin Masallı rayon təşkilatı da yerləşir. 44 nəfərin çalışdığı mərkəz nazirlik tərəfindən lazımi avadanlıqlarla təmin edilib. Otaqlarda məlumatların operativ ötürülməsi üçün internet şəbəkəsinə qoşulan 10 ədəd kompüter dəsti qurulub. Hazırda buradan 3000-ə yaxın rayon sakini ünvanlı sosial yardım alır. Mərkəzlə tanışlıqdan sonra kollektivlə görüşən nazir ölkə başçısı İlham Əliyevin tapşırığı ilə respublikada əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qarabağ əlillərinin və şəhid ailələrinin 2367 mənzillə təmin edildiyini bildirən F. Ələkbərov 2008-ci ildə daha 679 mənzilin inşasına başlanacağını diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR