Bank Of Baku

Yaponiya hökuməti Azərbaycanda daha iki qrant layihəsini maliyyələşdirəcək

Yaponiya hökuməti Azərbaycanda daha iki qrant layihəsini maliyyələşdirəcək
# 25 dekabr 2007 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, layihələrdən biri Yaponiya hökumətinin maliyyələşdirdiyi “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi çərçivəsində Beyləqan ərazisində Xocavənd rayonu üçün orta məktəb binasının tikintisini (dəyəri 86 min ABŞ dolları), digəri isə “Mədəniyyət üzrə qrant yardım proqramı” çərçivəsində Azərbaycan Karate-do Assosiasiyasının karate alətlərinin təkmilləşdirilməsini (dəyəri 86 min 205 ABŞ dolları) nəzərdə tutur. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki bildirib ki, Yaponiya demokratiyanın və bazar iqtisadiyyatının inkişafına dəstək məqsədilə 1992-ci ildən Azərbaycana texniki yardımlar edir. O xatırladıb ki, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi çərçivəsində edilən yardımların əksəriyyəti məktəb tikintisi və bərpası ilə bağlı olub. Azərbaycanda idmanın inkişafına yönəlmiş ikinci qrant layihəsi barədə danışan səfir deyib ki, Azərbaycan idmançılarının karate-do yarışlarında qələbə qazanmaq üçün kifayət qədər potensialı var. Təhsil naziri Misir Mərdanov isə Azərbaycanın təhsil sisteminə verdiyi dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR