Bank Of Baku

“Azərbaycanda qadın siyasətinin gücləndirilməsi demokratik dövlətin möhkəmləndirilməsinin mühüm amili kimi” mövzusunda konfrans keçiriib

“Azərbaycanda qadın siyasətinin gücləndirilməsi demokratik dövlətin möhkəmləndirilməsinin mühüm amili kimi” mövzusunda konfrans keçiriib
# 26 dekabr 2007 11:03 (UTC +04:00)
Azərbaycan Dövlət Pedaqoji Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi YAP Yasamal rayon Qadınlar Şurası ilə birgə “Azərbaycanda qadın siyasətinin gücləndirilməsi demokratik dövlətin möhkəmləndirilməsinin mühüm amili kimi” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarının ziyarəti ediblər. Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin Azərbaycan qadınlarının quruculuq işlərində fəal iştirakına həsr olunduğunu bildirib: “Bu gün qadınlar dövlətin yaratdığı imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai proseslərdə fəal iştirak edir, siyasətlə, sahibkarlıqla məşğul olur, bərabər əsaslarla əmək fəaliyyətinin həyata keçirirlər. Qadınların irəli çəkilməsi məsələlərində vətəndaş təşəbbüsünün mövcudluğu zamanın tələbidir. Bu cəhətdən Yeni Azərbaycan Partiyasının təcrübəsi önəmlidir. Başqa partiyalara nisbətən bu partiyada qadınların fəaliyyəti xüsusi xarakter daşıyır”. Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının ölkəmizdə aparılan quruculuq işlərində fəal iştirak etdiyini vurğulayıb: “Qadınlar əhalimizin böyük hissəsini təşkil edir və onların ölkənin ictimai siyasi həyatında iştirakı, dövlət orqanlarında təmsil olunması olduqca vacibdir. Təsadüfi deyil ki, demokratik hakimiyyətin bərqərar olunduğu dövrdə Azərbaycanda, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib”. Konfransda millət vəkilləri Hadı Rəcəbli, Jalə Əliyeva, Lalə Abbasova, Fəttah Heydərov iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR