Bank Of Baku

Partlayıcı uşaq oyuncaqları satanlar şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək cərimə olunurlar

Partlayıcı uşaq oyuncaqları satanlar şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək cərimə olunurlar
# 26 dekabr 2007 13:20 (UTC +04:00)
Satış məntəqələrindən toplanmış partlayıcı uşaq oyuncaqları (taraqqa) dekabrın sonunda şəhərdən kənarda yandırılacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırlı məlumat verib. Onun sözlərinə görə, proses mətbuat nümayəndələrini iştirakı ilə həyata keçiriləcək. Ə. Bağırlı onu da qeyd edib ki, bu tipli partlayıcı mallar satan şəxslər İnzibati Xətalar Məcəlləsinin 240-cı maddəsi ilə şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək cərimə olunurlar. Mətbuat xidmətinin rəhbəri ötən illərlə müqayisədə, bu il partlayıcı maddələrin satışı faktının xeyli azaldığını da qeyd edib: “Bu məhsullar Azərbaycanda istehsal olunmur, Çindən və Dubaydan qanunsuz yolla gətirilir. Buna görə də ilk növbədə onun ölkəyə daxil olmasının qarşısının alınmasına ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR