Bank Of Baku

Abutalıb Səmədov: “Azərbaycanın əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsi hələ də yüksəkdir”

Abutalıb Səmədov: “Azərbaycanın əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsi hələ də yüksəkdir”
# 27 dekabr 2007 11:03 (UTC +04:00)
“Müəllif Hüquqları Agentliyi tərəfindən aparılan müşahidə və təhlillər göstərir ki, əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsi hələ də yüksəkdir”. Bu açıqlamanı APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov verib. O bildirib ki, agentlik tərəfindən aparılan nəticələr ümumiləşdirilərək, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna göndərilib: “Baş Prokurorluq tərəfindən əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar cinayət işi başlanıb. Hazırda Bakı Şəhər Prokurorluğu cinayət işinin istintaqını aparır”. A. Səmədov deyib ki, agentlik tərəfindən 2007-2010-cu illər üçün “Əqli Mülkiyyət üzrə Dövlət Proqramı”nın layihələri Nazirlər Kabinetinə təqdim edilib və “Fonoqrama yazılmış əsərlərin və aidiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabineti artıq qərar qəbul edib. Agentlik sədrinin sözlərinə görə, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində uğurlar əldə edildiyindən ölkəmiz 2007-ci ildə ABŞ-ın Xüsusi “Special-301” nəzarət Proqramına (Əqli mülkiyyət hüquqlarının pozulması faktlarının çoxluğuna görə ölkələrin adının salındığı Proqram. Azərbaycanın adı bu Proqramdan 2006-cı ildə çıxarılıb-red.) daxil edilməyib: “Hesabat dövründə Agentliyin saytı təkmilləşdirilib. Müəlliflərin və digər hüquq sahiblərinin pozulmuş müəlliflik hüquqlarının bərpa edilməsi istiqamətində müəyyən tədbirlər görülüb. “Ümumi tarix” adlı dərs vəsaitinin şərikli müəllifi Səttar Allahverdiyevin müraciəti əsasında Agentlik tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəhla Həmidovaya qarşı iddia ərizəsi tərtib olunub və Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəllifin iddiası təmin edilib. “Boylana-boylana” aşıq mahnısının ifasında folklor nümunəsinin mətnini təhrif etdiyinə görə Agentliyin müğənni Yeganə Mürsəlovaya qarşı iddiası Sumqayıt Şəhər Məhkəməsində təmin edilib”.
Qeyd edək ki, piratçılıqla mübarizə və hüquq pozuntularının aşkar edilərək aradan qaldırılmasına kömək məqsədilə Monitorinq qrupu yaradan Agentlik 2008-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə Bakıda yayım təşkilatlarının hüquqlarının qorunması mövzusunda beynəlxalq seminar keçirməyi planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR