Bank Of Baku

Gənclər və İdman Nazirliyi “2007-ci il - Gənclər ili”nin yekunlarına həsr olunmuş tədbir keçirib

Gənclər və İdman Nazirliyi “2007-ci il - Gənclər ili”nin yekunlarına həsr olunmuş tədbir keçirib
# 27 dekabr 2007 16:18 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi “2007-ci il - Gənclər ili”nin yekunlarına həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, “Gənclər ili” çərçivəsində müxtəlif elmi-kütləvi tədbirlər, sərgilər, dəyirmi masalar təşkil edilib. Azərbaycanın paytaxtı ilə yanaşı, regionları da əhatə edən bu tədbirlərdə gənclərin asudə vaxtının təşkili üçün çoxşaxəli proqramlar həyata keçirilib. Bu ilin fevralında start verilən tədbirlərin təntənəli bağlanış mərasimində iştirakçılara görülən işlərin yekununa həsr olunan videomaterial təqdim olunub. İncəsənət ustalarının çıxışları ilə davam edən proqramda müxtəlif sahələr üzrə fərqlənən gənclər mükafatlandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR