Bank Of Baku

Azərbaycanın Qax rayonunda Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə mənzil verilib

Azərbaycanın Qax rayonunda Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə mənzil verilib
# 28 dekabr 2007 07:52 (UTC +04:00)
Azərbaycanın Qax rayonunda Qarabağ veteranları, əlilləri və şəhid ailələri üçün yeni tikilmiş yaşayış binasının istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dövlət proqramı çərçivəsində inşa olunan 16 mənzilli yeni yaşayış binası Qarabağ veteranları, əlilləri və şəhid ailələri üçün nəzərdə tutulub. Tədbirdə mənzillərin açarları və orderləri ev sahiblərinə təqdim olunub. Mərasim konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR