Bank Of Baku

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqəyə hazırlıq gedir

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqəyə hazırlıq gedir
# 28 dekabr 2007 11:43 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya 2007-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, komissiya 2007-ci ildə dövlət qulluğuna qəbulu müsabiqə əsasında keçirib. Birinci müsabiqədə 57, ikincidə 26, üçüncüdə isə 103 namizəd test və müsahibə mərhələsini uğurla keçərək dövlət orqanlarının rəhbərlərinə təqdim edilib. Dövlət qulluğuna ən çox qəbul Sənaye və Energetika Nazirliyində aparılıb. Ən çox sənəd isə iqtisadi inkişaf, maliyyə, ekologiya və təbii sərvətlər nazirliklərinə, həmçinin Dövlət Miqrasiya Xidmətinə verilib. Bəzi dövlət orqanlarında vətəndaşların komissiyadan kənar işə qəbul edilməsi hallarına da rast gəlindiyini deyən B. Xəlilov bunun qarşısının alındığını söyləyib. Komissiya sədri hazırda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqənin keçirilməsinə hazırlıq görüldüyünü açıqlayıb. Komissiya sədri dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı proqram təminatı hazırlayaraq 34 dövlət orqanında quraşdırdıqlarını da bildirib. Hazırda reyestr bazasında 3154 dövlət qulluqçusu barədə məlumat toplanıb. B. Xəlilovun sözlərinə görə, bu iş gələcəkdə də davam etdirilərək bütün dövlət qulluqçuları barəsində vahid reyestr formalaşdırılmasına nail olunacaq.
Tədbirdə komissiyanın yeni www.csc.gov.az, www.dqmk.gov.az saytının təqdimatı da keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR